Topanqa ABŞ-ın Kaliforniya ştatının Los Anceles dairəsində yerləşən bir regiondur. Santa Monika dağ silsiləsində yerləşir və Topanqa kanyonunu əhatə edir. Topanqa 12,748 akr (52 km²) əraziyə malikdir və üç qoldan Dövlət Parklarına bağlıdır. Cənubda Sakit okean və qərbdə isə Malibu zolağı ilə həmsərhəddir. Şərq hissəsində isə Sakit okeana baxan qayalıqlar yerləşir. Topanqanın əhalisi 2000-ci ilin statistik məlumatlarına əsasən 5441 nəfər təşkil etmişdir. Poçt kodu 90290, ərazi kodu isə adətən 310 olsa da, lakin kanyonun şimal ucunda 818-dir.
Developed by StudentB